Türkiyənin "Fənərbaxça" futbol klubunun prezidenti Səadəddin Saranın narkotik testinin müsbət nəticələndiyi bildirilir. Oxuməni.az-ın “Fanatik” onlayn nəşrinə istinadla məlumatına görə, funksionerin saç nümunəsində kokain izləri aşkarlanıb.
Hesabat İstanbul Baş Prokurorluğuna göndərilib, Saran isə ölkə xaricinə çıxış qadağası altındadır.
Səadəddin Saran türk-amerikan idmançı, iş adamı və idman rəhbəridir. O, bu ilin sentyabr ayında "Fənərbaxça"nın prezidenti vəzifəsinə gəlib.
Hazırkı vəziyyətə görə, "Fənərbaxça" Türkiyə Super Liqasının turnir cədvəlində ikinci yerdə qərarlaşıb. Komanda lider "Qalatasaray"dan üç xal geri qalır.
Almaz Həsənli