AZ

Türkiyənin hərbi cəhətdən Suriyaya ciddi dəstəyi olduqca mühümdür AÇIQLAMA

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqə işgüzar səfər ediblər. Rəsmilər Suriya prezidenti Əhməd Əl Şaraa və digər şəxslərlə görüşüblər.

Görüş zamanı Türkiyə-Suriya münasibətlərinin son bir ildəki gedişatının hərtərəfli qiymətləndirilməsi və 10 mart sazişinin irəliləyişi müzakirə olunub. Həmçinin, İsrailin hücumu səbəbindən Suriyanın cənubunda yaranan təhlükəsizlik risklərinin həll edilməsi və İŞİD məsələsi müzakirə predmeti olub. Bundan əlavə, Suriyanın yenidən qurulması üçün ikitərəfli layihələr və Suriya hökumətinə dəstək səylərinin qiymətləndirilməsi gözdən keçirilib.

Politoloq Natiq Miri Bakıvaxtı.az-a deyib ki, Türkiyə nümayəndə heyətinin tərkibinə və səfərin zamanına diqqət etsəniz, bu səfərin məqsədi son zamanlar baş verən hərbi-siyasi hadisələr fonunda daha da aydınlaşır.

Ekspert vurğulayıb ki, Suriyanın birliyi və bütövlüyü, eyni zamanda sabitliyinə çox böyük təhlükə yaradan İsrail amili var:

"İsrail ölkə daxilində bəzi etnik və terrorçu qruplaşmalardan istifadə etməklə Suriyada əmin-amanlığı, sabitliyi və ərazi bütövlüyünü pozmaq istəyir. Bu kontekstdə, təbii ki, İsrailin geosiyasi maraqlarını təmin etməklə, İsrailin güclənməsinə maneə törətmək istəyirlər. Çünki özünü bərpa edən, inkişaf edən və güclü bir Suriya hər zaman İsrail üçün bir təhdid obyekti kimi görünəcək”.

Müsahibimizin sözlərinə görə, belə məqamda Türkiyənin hərbi cəhətdən Suriyaya ciddi dəstəyi olduqca mühümdür. N.Miri qeyd edib ki, perspektivdə, təhlükəsizlik baxımından Türkiyə Suriyada ciddi şəkildə varlığını davam etdirəcək. O cümlədən, institusional şəkildə Suriya ordusunun formalaşması və təchizatına ciddi töhfələr veriləcək.

Natiq Miri: Türkiyə nümayəndə heyətinin Suriyaya səfərinin əsas məqsədlərindən biri də...

 Analitikə görə, əslində İsraili narahat edən məqamlar bunlardır:

"Ona görə də Suriyanı daim zəif saxlamaq üçün etnik qruplar üzərindən müəyyən tələblər, parçalama xarakterli hadisələr müşahidə olunur. Eyni zamanda terrorçu qruplar da Suriya mərkəzi dövlətinə qarşı stimullaşdırılır. Onlardan biri də PKK-nın Suriya qolu olan YPG terrorçularıdır. ABŞ onlara "demokratik" don geyindirərək "Suriya Demokratik Qüvvələri" (SDQ) kimi təqdim etmək istəyir. Amma hamıya məlumdur ki, bunlar terrorçu ünsürlərdir. ABŞ bu terrorçu ünsürlərdən həm Suriyada geosiyasi varlığını qorumaq, həm də İŞİD-ə qarşı mübarizə kontekstində istifadə edir”.

“Türkiyə nümayəndə heyətinin bu səfərinin əsas məqsədlərindən biri də SDQ deyilən PKK-nın Suriya qolu olan ünsürlərə qarşı keçiriləcək hərbi əməliyyatları müzakirə etməkdir", - deyə Natiq Miri əlavə edib.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
1
bakivaxti.az

2Mənbələr