AZ

Vladimir Fekete: Süni intellekt insan şəxsiyyətinin inkişafına xidmət etməlidir

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Süni intellekt təhsildə dəyərli alət olsa da, insanın mənəvi inkişafını, vicdanının formalaşmasını və əxlaqi seçimini əvəz edə bilməz. Həmçinin, texnologiyaların istifadəsi yalnız insan rifahına və ümumi xeyrə xidmət etməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Roma Katolik Kilsəsinin Azərbaycandakı nümayəndəsi Vladimir Fekete Azərbaycan Din Xadimlərinin II Forumunda “Rəqəmsal İnformasiya Mühitində Dini Təhsil və Maarifçilik Strategiyaları” panelində çıxışı zamanı səsləndirib.

Nümayəndə vurğulayıb ki, Katolik Kilsəsi üçün təhsil yalnız məlumat ötürülməsi deyil, bütöv insan şəxsiyyətinin yetişdirilməsi, əxlaqi seçimin və tənqidi düşüncənin formalaşdırılmasıdır.

"Süni intellekt yalnız vasitə olaraq istifadə edildikdə, insanın inkişafına faydalı ola bilər və mərkəzdə həmişə insan şəxsiyyəti dayanmalıdır",- Fekete əlavə edib.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
bakivaxti.az

2Mənbələr