Olaylar.az xəbər verir ki, TASS-a açıqlamasında Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, bu məlumat həqiqətə uyğun deyil. Nazirlik rəsmisi qeyd edib: "Qırğız tərəfinin 1 yanvardan belə bir qayda tətbiq etmək niyyəti yoxdur".
O əlavə edib ki, yaxın günlərdə MİD mövzu ilə bağlı daha ətraflı açıqlama verəcək.
Qeyd edək ki, əvvəllər bəzi KİV-lər mənbələrə istinad edərək Qırğızıstanın 2026-cı ilin yanvarından etibarən Rusiya vətəndaşlarının daxili pasportla ölkəyə girişini qadağan etməyi planlaşdırdığını bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31