AZ

İngiltərə kubokunda London derbisi

İngiltərə Liqa Kubokunda son yarımfinalçı bəlli olub.

İdmanxeber.az xəbər verir ki, “Arsenal” evdə “Kristal Palas”ı penaltilər seriyasında məğlub edərək (8:7, əsas vaxt – 1:1) yarımfinala yüksəlib.

Bununla da yarımfinal cütlükləri formalaşıb:

“Çelsi” – “Arsenal”
“Nyukasl” – “Mançester Siti”

Yarımfinal mərhələsinin ilk oyunları 13–14 yanvarda, cavab görüşləri isə 3–4 fevralda keçiriləcək.

Seçilən
7
idmanxeber.az

1Mənbələr