AZ

İki regionda TERROR PLANI: 13 yaşlı uşaq xüsusi xidmət orqanları tərəfindən TUTULDU

Həştərxanda 13 yaşlı “terrorçu” saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Əldəqayırma bomba hazırlayan və “Telegram”da başqalarına öyrədən məktəbli ifşa olunub.

Məlumata görə, Rusiyanın Həştərxan şəhərində Həştərxan vilayəti və Dağıstan ərazisində terror aktları planlaşdıran yeniyetmə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Qeyd olunur ki, 13 yaşlı yeniyetmə terror törətmək məqsədilə müstəqil şəkildə əldəqayırma partlayıcı qurğu yığırmış.

Daha dəhşətlisi isə odur ki, o, “Telegram” messencerində xüsusi qrup yaradaraq abunəçilərinə partlayıcı qurğuların hazırlanması qaydalarını öyrədirmiş.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
39
interpress.az

1Mənbələr