AZ

“802 Qaynar Xətt” xidmətinin maddi-texniki bazası gücləndirilib

Bakı, 24 dekabr, AZƏRTAC

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.1.3-cü yarımbəndinə əsasən, vətəndaşlara daha operativ və səmərəli xidmətin təşkili məqsədilə, interaktiv səs qurğusunun və digər texniki vasitələrin imkanlarından istifadə etməklə səsli menyu vasitəsilə “802 Qaynar Xətt”inin fəaliyyəti barədə vətəndaşlara məlumat verilməsi təmin edilib.

Bu barədə AZƏRTAC-a Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib.

Belə ki, xidmət canlı rejimdə fəaliyyət göstərmədiyi vaxtlarda səsli menyu vasitəsilə müraciət edənlərə bayram və qeyri-iş günləri, habelə qeyri-iş saatları və vatsap üzərindən müraciət barədə məlumat verilir.

Həmçinin ‘Qaynar Xətt’ xidmətinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində daxil olan müraciətlərin qeydiyyatının təkmilləşdirilməsi və icra prosesinin izlənməsi üçün elektron baza hazırlanıb və tətbiq edilib.

Hazırlanmış cədvəl “802 Qaynar Xətt”ə daxil olan müraciətlərin qeydiyyatını, icra vəziyyətini və nəticələrini vahid sistemdə əks etdirir. Burada hər bir müraciətə dair məlumatın – qeydiyyat tarixinin, müraciətçinin kimliyinin (və ya anonim statusu), mövzunun və növün, yönləndirildiyi qurumun, məsul icraçının, icra müddətinin, cari vəziyyətin, görülən tədbirin və bağlanma tarixinin sistemləşdirilmiş şəkildə toplanması təmin edilib.

 

 

Seçilən
31
2
azertag.az

3Mənbələr