Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.
Abşeron rayonu, Saray qəsəbəsində "Saray MTK"-ya məxsus binaların qarşısında yaranan vəziyyət sakinlərin ciddi narazılığına səbəb olub.
Bakupost.az xəbər verir ki, bina sakinlərindən biri məsələni ictimailəşdirib.
Onun sözlərinə görə, binaların qarşısında yaranan avtomobil sıxlığı gündəlik hərəkəti çətinləşdirir və təhlükəsizlik baxımından ciddi risk yaradır.
Şikayətçi qeyd edib ki, MTK rəhbərliyi mövcud problemlə bağlı heç bir tədbir görmür, binanın qarajları bir ildən çoxdur təmir adı ilə istifadəyə verilmir:
“Sabah burada fövqəladə hal baş versə, yanğın olsa və ya təcili tibbi yardım çağırılsa, kimisə çıxarmaq mümkün olmayacaq. Qarajlar var, amma hələ də təmirdədir, təmir bitəndən sonra aylıq 40 manata icarəyə veriləcək. Lakin bir ildir burada yaşayıram, vəziyyət dəyişmir”.
Məsələ ilə bağlı "Saray MTK" ilə əlaqə saxladıq. Qurumun əməkdaşı Ələmşad Abdullayev Bakupost.az-a açıqlamasında problemi sakinlərin özlərinin yaratdığını bildirdi. Onun sözlərinə görə, avtomobillər qəsdən blokların qarşısında saxlanılır:
“Bu halda MTK nə etməlidir? Fikirləşmirlər ki, sabah yanğın hadisəsi olsa, yanğınsöndürənlər ora daxil ola bilməyəcək. Qaraj mövcuddur. Bir binanın altında təxminən 20 avtomobil saxlamaq olar, amma binanın qarşısında 100-dən çox maşın park edilir. Qarajlarda hazırda təmir işləri gedir və yaxın günlərdə yekunlaşacaq. Amma qarajların təhvil verilməməsinin blokların qarşısında avtomobillərin saxlanılması ilə heç bir əlaqəsi yoxdur. Qaraj istifadəyə verilsə belə, sakinlər yenə maşınlarını blokun qarşısında saxlayacaqlar”.
Lalə Novruz, BakuPost
" target="_blank">
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.