AZ

Yeni il turları - Ən gözəl yerlər

Yeni ilin yaxınlaşması ilə Azərbaycanda Yeni il turlarına maraq rekord həddə çatıb. Google axtarış sistemində “yeni il turları”, “31 dekabr turları”, “yeni il istirahəti” kimi sözlər son günlər ən çox axtarılan mövzular sırasına yüksəlib.

"Bakuinfo"nun məlumatına görə, bayram günləri üçün tur paketləri sürətlə tükənir və qiymət artımı qaçılmaz görünür.

Bu il vətəndaşlar daha çox ölkədaxili Yeni il turlarına üstünlük verirlər. Xüsusilə Quba, Qəbələ, Şəki, Şamaxı və Lənkəran istiqamətləri ən çox rezervasiya edilən bölgələrdir.

Hotellərdə təşkil olunan şou proqramlar, canlı musiqi və Yeni il gecəsi üçün xüsusi menyular turistlərin marağını daha da artırır.

Eyni zamanda Türkiyə, Gürcüstan, Dubay və Avropa ölkələrinə Yeni il turları da böyük maraq doğurur. Turizm şirkətləri bildirir ki, bəzi istiqamətlər üzrə yerlər artıq məhdudlaşıb.

Mütəxəssislər son günlərə qalanların daha baha qiymətlərlə qarşılaşacağını açıqlayıb.

İlkin məlumatlara görə:

Ölkədaxili Yeni il turları 150 manatdan başlayır

Xarici Yeni il turları 500 manatdan yuxarıdır

Bayram günləri yaxınlaşdıqca qiymətlərin daha da artacağı istisna edilmir.

Turizm mütəxəssisləri vətəndaşlara müqaviləsiz tur almamağı, tanınmamış səhifələrdən uzaq durmağı və ödəniş etməzdən əvvəl şirkətin rəsmi qeydiyyatını yoxlamağı tövsiyə edir.

Vüsal

Seçilən
33
bakuinfo.net

1Mənbələr