AZ

Toya gedən qadın əri tərəfindən döyüldü TƏFƏRRÜAT

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Abşeron rayonunda 42 yaşlı kişi yaşadığı evdə həyat yoldaşına xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 8 sentyabr 2025-ci ildə rayonunun Aşağı Güzdək qəsəbəsində baş verib. Şamaxı rayon sakini, 1983-cü il təvəllüdlü Səfər həmin gün, gecə saat 23 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evində arvadı Aygünə (adlar şərtidir – red.) əvvəlki günlərdə ona demədən toy məclisinə getməsinə görə irad bildirib. Bu zaman qadının buna etiraz etməsi zamanı tərəflər arasında münaqişəsi baş verib. Yaranmış narazılıqla bağlı mübahisə baş verib. Bu zaman Səfər arvadının üzərinə hücum edib və əl, yumruq, təpik zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vurub. Hadisəni törədən Səfərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Səfər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Aygünlə 2008-ci ildə ailə həyatı qurub, həmin evlilikdən iki övladı var: 

“Evli olduğumuz müddətdə Aygünlə aramızda ailə daxili sözlə mübahisələrimiz olub. Buna səbəb Aygünün dediklərimə məhəl qoymamasıdır. Sentyabrın 8-də, gecə saat 23 radələrində evdə olarkən Aygünün məndən icazəsiz qohum toyuna gedib-gəlməsinə görə ona öz iradımı bildirdim. Aygün mənimlə kobud şəkildə danışdığı üçün əsəbiləşərək onun üzərinə getdim, b yumruq, təpik zərbələri ilə onun sifət, baş, bel və bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döydüm”. Abşeron Rayon Məhkəməsinin hökmü ilə Səfər 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə Aşağı Güzdək qəsəbəsindəki evi hər gün axşam saat 20:00-dan səhər saat 06:00-dək tərk etməsi, Abşeron rayonu və Qobustan rayonu ərazisi hüdudlarını tərk etməsi qadağan olunub. Bundan başqa, onun üzərinə bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
demokrat.az

1Mənbələr