AZ

Gəncədə “Dəmir yumruq vəSülh göyərçini” adlı fləşmob keçirilib

Yeni Azərbaycan Partiyasının təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə Gəncədə “Dəmir yumruq və  Sülh göyərçini” adlı fləşmob keçirilib.

Heydər Əliyev meydanında baş tutan “Dəmir yumruq və Sülh göyərçini” adlı fləşmobda YAP Gəncə şəhər təşkilatının fəallarından, universitet və kollec tələbələrindən ibarət 10 minə yaxın gənc iştirak edib.

Vətənpərvərlik, birlik və sülh ideyalarının təbliği məqsədilə reallaşan fləşmobda gənclər Azərbaycan xalqının gücünü, həmrəyliyini və eyni zamanda sülhə sadiqliyini bu simvolik aksiya vasitəsilə nümayiş etdiriblər.

Fləşmob zamanı “Dəmir yumruq” rəmzi ölkəmizin ərazi bütövlüyünün bərpası, dövlətimizin qətiyyətli mövqeyi və milli birliyimizin təcəssümü kimi təqdim olunub. “Sülh göyərçini” isə Azərbaycanın regionda və dünyada sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma tərəfdarı olduğunu ifadə edib.

Seçilən
28
yeniazerbaycan.com

1Mənbələr