AZ

Güclü dövlət və dinamik inkişaf strategiyasının müəllifi

Yeniazerbaycan saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün Müstəqil Azərbaycan Respublikası yeni dövrün tələblərinə uyğun olaraq özünün hərtərəfli inkişaf dövrünü yaşayır. Bu sürətli inkişaf və əldə onunan yüksək nailiyyətlər Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı, güclü dövlət və dinamik inkişaf strategiyasının müəllifi, Qalib Dövlətin Qalib Lideri Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 22 il ərzində öz fəaliyyəti ilə təkcə əsil siya­si varis olduğunu sübut etməyib, eyni zamanda ona qədər başlanan yolun davamı kimi ölkəni daha da inkişaf etdirib, onun nüfuzunu artırıb, sabitliyi təmin edib.   Keçən müddət ərzində ölkə rəhbəri çox böyük uğurlara imza ataraq Azərbaycanda müstəqil dövlət quruculuğu prosesində yeni dinamika yaradıb. Bütün istiqamətlər üzrə ciddi nailiyyətlər əldə edilib, daxili və xarici siyasətin tam vəhdəti təmin olunub. Bunun nəticəsidir ki, ölkəmiz hazırda sabit şəraitdə sürətli inkişafını davam etdirir, ölkə başçısı çox düzgün, müasir, səmərəli və fayda gətirən kurs həyata keçirir.

Prezident İlham Əliyevin rəhbərliyi dövrü Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsi, müasir çağırışlara uyğunlaşması və gələcəyə doğru inamla irəliləməsi baxımından əhəmiyyətli bir dövrdür. Onun fəaliyyətinin əsas istiqamətlərindən biri güclü və funksional dövlət idarəetmə sisteminin qurulması olmuşdur və ölkə rəhbəri daim idarəetmədə şəffaflığın, məsuliyyətin və operativliyin artırılmasını vacib amil kimi qiymətləndirmişdir. Dövlət strukturlarının fəaliyyəti mərhələli şəkildə yenilənmiş, idarəetmədə müasir yanaşmalar tətbiq olunmuşdur. Bu yanaşma cəmiyyətlə dövlət arasında qarşılıqlı etimadın möhkəmlənməsinə və ictimai sabitliyin qorunmasına mühüm təsir göstərmişdir.

Cənab İlham Əliyevin prezidentliyi dövründə iqtisadi siyasət yeni məzmun qazanmışdır. Təbii ehtiyatlardan əldə olunan gəlirlərin məqsədyönlü şəkildə idarə olunması iqtisadi dayanıqlığın əsas şərti kimi müəyyən edilmişdir. Bununla yanaşı, iqtisadiyyatın yalnız enerji sektorundan asılı olmaması üçün qeyri-neft sahələrinin inkişafı prioritet istiqamətə çevrilmişdir. Sənayeləşmə, aqrar sektorun modernləşdirilməsi, sahibkarlığın dəstəklənməsi və investisiya mühitinin yaxşılaşdırılması iqtisadi siyasətin əsas sütunlarını təşkil etmişdir. Bu tədbirlər ölkənin iqtisadi potensialını genişləndirmiş və regional inkişafda yeni imkanlar yaratmışdır.

Regional inkişaf məsələləri Prezident İlham Əliyevin fəaliyyətində xüsusi yer tutur. Bölgələrdə infrastruktur layihələrinin həyata keçirilməsi, yolların, enerji və su təminatının yenilənməsi regionların sosial-iqtisadi həyatına ciddi təsir göstərmişdir. Bu siyasət paytaxtla bölgələr arasında tarazlığın qorunmasına, regionlarda yaşayış səviyyəsinin yüksəlməsinə və miqrasiyanın azalmasına şərait yaratmışdır. Bölgələrin inkişafı ümumilikdə ölkənin davamlı inkişaf modelinin mühüm tərkib hissəsinə çevrilmişdir.

Xarici siyasət sahəsində Prezident İlham Əliyevin fəaliyyəti praqmatik və balanslı yanaşma ilə seçilir. Azərbaycan onun rəhbərliyi altında müxtəlif dövlətlərlə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurmuşdur. Beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq, regional təşəbbüslərdə iştirak və qlobal dialoqa açıq mövqe ölkənin beynəlxalq nüfuzunun artmasına səbəb olmuşdur. Dövlət başçısı beynəlxalq platformalarda Azərbaycanın milli maraqlarını ardıcıl şəkildə müdafiə etmişdir.

Prezident İlham Əliyev anti-Türk, anti-Azərbaycan mövqeyində daya­nan dünya güclərinin ölkəmizə qarşı istismarçı siyasi planlarının gerçəkləş­məsinə imkan verməyərək, demokrati­yanın milli kimliyimizlə, eyni zamanda, müsəlman-türk mental mühiti ilə uzla­şan bir sistem olduğunu sübut etmiş və intellektual əsaslara söykənən moder­nist cəmiyyət formalaşdıra bilmişdir.

Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Genişmiqyaslı islahatların aparılması, makroiqtisadi sabitliyin, idarəetmədə effektivliyin tə­min olunması, nümunəvi sosial siyasə­tin həyata keçirilməsi, ölkənin maliyyə gücünün-valyuta ehtiyatlarının artırıl­ması, dünya iqtisadiyyatına uğurlu in­teqrasiyanın reallaşdırılması və digər mühüm faktlar sosial-iqtisadi inkişafın Azərbaycan nümunəsinin mühüm ciz­gilərini təşkil edir. Məhz 2003-cü ildən isə ölkəmiz Prezident İlham Əliyevin uğurla həya­ta keçirdiyi mütərəqqi islahatlarla inki­şafın və tərəqqinin yeni mərhələsinə qədəm qoyaraq, regional güc mərkə­zinə çevrilmiş, dünyada öz layiqli yeri­ni tutmuşdur.

Heç şübhəsiz, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrün və bütövlükdə, dövlətçilik ta­riximizin ən mühüm-Zirvə hadisəsi torpaqlarımızın işğaldan azad olun­masıdır. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan öz hərbi qüdrətini və iqtisadi imkanlarını artıraraq, uğurlu diplomatik fəaliyyət həyata keçirərək münaqişənin həllinə nail olub – tarixi ədaləti, ərazi bütövlüyünü bərpa edib. 44 günlük Vətən müharibəsində dün­yanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Silahlı Qüvvələrinin şanlı Zəfər yürüşü, işğalçıları darma­dağın etməsi xalqımızın qürur mənbə­yi, dövlətimizin isə gücünün göstərici­sidir. 

Zəfər savaşında və ondan sonra İlham Əliyev Ali Baş Komandan kimi, qətiyyətini tam ortaya qoymaqla ya­naşı, həm də peşəkar diplomat olaraq dünyaya Azərbaycan reallığını qəbul etdirdi. “Nəyi nə zaman etməyi hamıdan yaxşı bilən” İlham Əliyevin rəhbərliyi altında Qarabağda suveren hüquqları­mız tam bərpa edildi.

Artıq ölkəmizin qarşısında yeni perspektivlər açılıb, Azərbaycan milli inkişafın yeni mərhələsinə qədəm qo­yub. İşğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin apa­rılması, regionda kommunikasiyaların yaradılması, o cümlədən Zəngəzur dəhlizinin açılması, yeni əməkdaşlıq platformalarında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, milli həmrəy­liyin gücləndirilməsi, sosial, iqtisadi, siyasi və hüquqi islahatların dərin­ləşdirilməsi və digər mühüm amillər Azərbaycanın Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth etmə­sinə imkan verəcək.

Xalqımızın cənab İlham Əliyevə, onun siyasətinə inamı tükənməzdir. Bir sözlə, bütün bunlar onun göstə­ricisidir ki, Prezident İlham Əliyevin fəaliyyəti hər sahədə əhəmiyyətli və kompleks səciyyə daşıyan uğurların qazanılmasını şərtləndirib. Məhz bu­nun nəticəsidir ki, beynəlxalq leksikon­da "Milli inkişafın Azərbaycan modeli" anlayışı meydana çıxıb. Dövlət baş­çısının öz xalqı qarşısında verdiyi bütün vədləri uğurla yerinə yetirməsi, hər bir azərbaycanlıya və ölkəmizin problem­lərinə yüksək həssaslıqla yanaşması isə Prezident İlham Əliyevin "Mən hər bir azərbaycanlının Prezidenti olaca­ğam" vədinin mütləq surətdə reallaş­dığını bir daha təsdiqləyir. Bu reallıq isə öz əbədiliyi ilə xalqımız tərəfindən qorunur, dəyərləndirilir və sevilir!

Bu gün güclü xalq, güclü dövlət, güclü lider vəhdəti və Qalib Xalqın Qalib Liderinin həyata keçirdiyi dinamik inkişaf strategiyası müasir Azərbay­canın qüdrətinə çevrilib.   

Vüqar İsayev,

YAP Göygöl rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
yeniazerbaycan.com

2Mənbələr