Ukrayna Prezidenti Vladimir Zelenski ilk dəfə olaraq Ukrayna, Rusiya və ABŞ-ın hazırda müzakirə etdiyi 20 maddəlik sülh planını açıqlayıb. Bu barədə “RBC-Ukrayna” məlumat yayıb.
Kiyevin məlumatına görə, sənədin cari versiyasında aşağıdakılar qeyd olunur:
1.Ukraynanın suverenliyinin təsdiqlənməsi.
2.Rusiya və Ukrayna arasında təcavüz etməmək barədə güzəştsiz razılaşma və təmas xəttində monitorinq mexanizminin yaradılması.
3.Ukrayna güclü təhlükəsizlik zəmanətləri alacaq.
4.Həqiqi hərbi qüvvələrin sayı sülh dövründə 800 min nəfər olacaq.
5.ABŞ, NATO və Avropa Ukraynaya NATO-nun 5-ci maddəsinə [alyans üzvlərinin müdafiəsi haqqında müqavilə] bənzər təhlükəsizlik zəmanətləri verəcək.
6.Rusiya bütün lazımi qanunlarda Avropa və Ukraynaya qarşı təcavüz etməmək siyasətini təsbit edəcək.
7.Ukrayna müəyyən konkret vaxtda Aİ-yə üzv olacaq və Avropa bazarına qısamüddətli imtiyazlı çıxış əldə edəcək.
8.Ukrayna üçün investisiya haqqında ayrıca bir razılaşmada müəyyən ediləcək güclü qlobal inkişaf paketi.
9.Bərpa məsələlərinin həlli üçün bir neçə fondun yaradılması. Ukrayna 800 milyard dollar cəlb etməyi planlaşdırır.
10.Bu razılaşma imzalandıqdan sonra Ukrayna ABŞ ilə azad ticarət haqqında razılaşmanın bağlanması prosesini sürətləndirəcək.
11.Ukraynanın nüvəsiz statusu.
12.Zaporojye Atom Elektrik Stansiyası (ZAES) ilə bağlı hələlik kompromis tapılmayıb. ABŞ-ın mövqeyi: Ukrayna, ABŞ və Rusiya tərəfindən birgə idarəetmə. Ukraynanın mövqeyi: Ukrayna və ABŞ tərəfindən birgə idarəetmə.
ZAES və Kaxovka SES demilitarizasiya olunmalıdır.
13.Ukrayna və Rusiya Federasiyası məktəblərdə, cəmiyyətin bütün sahələrində müxtəlif mədəniyyətlərə qarşı anlaşma və tolerantlığı təşviq edən, irqçiliyi və qərəzləri aradan qaldıran təhsil proqramlarının tətbiqinə öhdəlik götürürlər.
14.Ərazilər. Hələlik kompromis yoxdur. Donetsk, Luqansk, Zaporojye, Xerson vilayətlərində bu razılaşma tarixinə qoşunların yerləşdiyi xətt de-fakto tanınmış təmas xətti hesab olunur. Bu razılaşmanın qüvvəyə minməsi üçün Rusiya Federasiyası qoşunlarını Dnepropetrovsk, Nikolayev, Sumı, Xarkov vilayətlərindən çıxarmalıdır.
Ukraynanın mövqeyi - Ya mövcud təmas xəttində dayanmaq, ya da Ukrayna qoşunlarının Donetsk vilayətindən çıxarılması və orada azad iqtisadi zona yaradılması təklif olunur.
15.Gələcək ərazi razılaşmaları razılaşdırıldıqdan sonra həm Rusiya Federasiyası, həm də Ukrayna bu razılaşmaları güc yolu ilə dəyişdirməməyə öhdəlik götürür.
16.Rusiya Ukraynanın Dnepr çayından və Qara dənizdən kommersiya məqsədləri üçün istifadəsinə mane olmayacaq.
17.Açıq məsələlərin həlli üçün humanitar komitə yaradılacaq. Bütün hər kəsə qarşı hərbi əsirlərin mübadiləsi, uşaqlar və siyasi məhbuslar daxil olmaqla mülki girovların qaytarılması.
18.Ukrayna razılaşma imzalandıqdan sonra mümkün qədər tez seçkilər keçirməlidir.
19.Bu razılaşma hüquqi qüvvəyə malik olacaq. Onun icrası Trampın sədrliyi ilə keçirilən Sülh Şurası tərəfindən nəzarət ediləcək və təmin olunacaq. Pozuntular üçün sanksiyalar nəzərdə tutulacaq.
20.Bütün tərəflər bu razılaşmaya razı olduqdan sonra dərhal tam atəşkəs qüvvəyə minəcək. Ukrayna razılaşmanı parlamentin təsdiqinə çıxaracaq və/və ya təsdiq üçün referendum keçirəcək. Razılaşma hər iki tərəf öhdəliklərini yerinə yetirdikdən sonra qüvvəyə minəcək. Ukrayna üçün təhlükəsizlik təminatları yalnız tam ratifikasiya şərti ilə qüvvəyə minəcək.
Nəşr həmçinin qeyd edir ki, sülh planından başqa, aşağıdakı sənədlər də mövcuddur:
1.Ukrayna, ABŞ və Avropa arasında üçtərəfli təhlükəsizlik zəmanətləri sənədi.
2.ABŞ və Ukrayna arasında ikitərəfli zəmanətlər sənədi.
3.ABŞ ilə birlikdə hazırlanmış Ukraynanın iqtisadi inkişafının bərpası sənədi.
Noyabrın sonunda “Axios” nəşri xəbər vermişdi ki, Tramp administrasiyası Ukraynadakı müharibəni dayandırmaq üçün bir plan hazırlayır. Sənəd o zaman 28 bənddən ibarət idi və dörd istiqaməti əhatə edirdi: Ukraynada sülh, təhlükəsizlik zəmanətləri, Avropada təhlükəsizlik və ABŞ-ın Rusiya və Ukrayna ilə gələcək münasibətləri.
Təklif olunan 28 bənddə, xüsusən, Ukrayna ordusunun ixtisarı, Donbas ərazilərinin Rusiyaya verilməsi, Ukraynanın bir sıra strateji əhəmiyyətli silah növlərindən imtina etməsi, həmçinin ABŞ-ın hərbi yardımının məhdudlaşdırılması barədə danışılırdı.
Dekabrda Ukrayna prezidenti Vladimir Zelenski bildirmişdi ki, Kiyev ABŞ-ın "sülh planını" 28-dən 20 bəndə endirib, "açıq şəkildə qeyri-Ukrayna" bəndləri çıxarıb. Onun sözlərinə görə, hakimiyyət orqanları əraziləri Rusiyaya vermək niyyətində deyil.
Almaz Həsənli