AZ

Kreml Dmitriyevin Mayamidən hansı sənədləri gətirdiyini mətbuata açıqlamağı məqsədəuyğun hesab etmir

Kirill Dmitriyev artıq Putinə Mayamiyə səfərinin bütün nüansları barədə ətraflı məlumat verib.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Kreml Dmitriyevin Mayamidən hansı sənədləri gətirdiyini mətbuata açıqlamağı məqsədəuyğun hesab etmir.

Qeyd edək ki, Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ötən həftə sonu ABŞ-a səfər edib. Mayamidə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerlər Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasını müzakirə edib.

Seçilən
26
2
apa.az

3Mənbələr