Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Teymur Kərimov barəsində olan qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Modern.az xəbər verir ki, Ali Məhkəmədə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, şikayət qismən təmin edilib və Teymur Kərimovun cəzası 2 il azaldılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Teymur Kərimov 8 il müddətində azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən Teymur Kərimovun cəzasını 1 il azaltmışdı.
Qeyd edək ki, Teymur Kərimov 182.2.1-ci (hədə-qroxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Onunla birgə ittiham olunan İstək Totiyevaya isə 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib.