AZ

Melodi Bazzard itkin düşməyib, ÖLDÜRÜLÜBMÜŞ-ŞOK FAKTLAR

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, oktyabr ayında itkin düşən Melodi Bazzardın cəsədi 6 dekabrda Yuta ştatında yol kənarında tapılıb və yalnız 22 dekabrda anası ilə DNT uyğunluğu sayəsində şəxsiyyəti müəyyən edilib. 23 dekabrda isə 40 yaşlı Eşli Bazzard qızını qətlə yetirmək ittihamı ilə saxlanılıb. İş üzrə əsas sübut Eşlinin evində tapılan atılmış patron gilizi olub. Ballistik ekspertiza bu gilizin Yuta ştatında cinayət yerində aşkarlanan gilzalarla üst-üstə düşdüyünü göstərib. İstintaqın məlumatına görə, 9 oktyabr tarixində Melodi son dəfə anası ilə birlikdə Yuta ştatında yol kənarı dayanacaqda görülüb. Ehtimal olunur ki, bundan az sonra baş nahiyəsindən güllə yarası alan qız öldürülüb.

İlk olaraq 14 oktyabrda məktəb rəhbərliyi onun uzun müddət dərsə gəlməməsi ilə bağlı məlumat verib. Lakin Eşli Bazzard istintaqla əməkdaşlıq etməkdən imtina edib.

Seçilən
15
1
Ajans.az

2Mənbələr