AZ

Teymur Kərimovun cəzası azaldılıb

Ali Məhkəmədə "Kanal 11" kanalının rəhbəri Teymur Kərimovun cəzası 2 il azaldılıb. 

Məhkəmə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Teymur Kərimov 2 il jurnalistika fəaliyyətinə qadağa qoyulmaqla, 8 il müddətində azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən Teymur Kərimovun cəzasını 1 il azaltmışdı.

Teymur Kərimov və onunla birgə ittiham olunan İstək Totiyevanın barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qroxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Aytac

Seçilən
20
18
anews.az

10Mənbələr