AZ

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

Qaraçay-Çərkəz xalqı adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycan özünəməxsus mədəni və tarixi kimliyini qoruyub saxlayaraq bütün sahələrdə davamlı inkişaf nümayiş etdirir.

Xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə göstərdiyiniz diqqətə görə Sizə təşəkkür edirəm. Əminəm ki, Qaraçay-Çərkəz ilə Azərbaycan arasındakı münasibətlər konstruktiv dialoq üçün yeni perspektivlər yaradaraq daha da möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, firavanlıq və Azərbaycan xalqının rifahı naminə ali missiyanızda yeni uğurlar arzulayıram.
Hörmətlə,
 

Rəşid Temrezov
Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı

Seçilən
25
1
xalqqazeti.az

2Mənbələr