AZ

Putin Suriya XİN başçısını qəbul edib

Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan Suriya xarici işlər naziri Əsəd əş-Şeybanini qəbul edib.

Herbiand.az  xəbər verir ki, bu gün Kremlin rəsmi nümayəndəsi Dmitri Peskova Putinin Suriya XİN başçısı ilə Suriyadakı Rusiya hərbi bazalarının taleyini müzakirə edib-etməməsi ilə bağlı sual ünvanlanıb.

Peskov həmin suala cavab verməkdən imtina edib.

Qeyd edək ki, Suriyada Rusiyanın iki hərbi bazası mövcuddur. Bunlar Hmeymim hərbi aviasiya bazası və Tartusdakı hərbi dəniz bazasıdır. Suriyada ötən ilin sonunda Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra Rusiyanın bu ölkədəki hərbi bazalarının gələcək taleyi naməlum olaraq qalır.

Seçilən
25
9
herbiand.az

10Mənbələr