AZ

Moskvada eyni yerdə ikinci partlayış 3 ölü

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Rusiyanın paytaxtı Moskvada partlayış baş verib.

525.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, Yasenevaya küçəsində baş verən partlayış nəticəsində 2 polis əməkdaşı və 1 mülki şəxs olmaqla 3 nəfər həlak olub:  

“İki yol polisi əməkdaşı polis maşınının yaxınlığında şübhəli şəxs görüb. Onlar həmin şəxsi saxlamaq üçün yaxınlaşanda partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində iki polis əməkdaşı və onların yanında dayanan bir mülki şəxs həyatını itirib”.

Maraqlıdır ki, iki gün əvvəl eyni küçədə baş verən partlayış nəticəsində Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Təlim İdarəsinin rəisi, general-leytenant Fanil Sarvarov həlak olub.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
525.az

1Mənbələr