AZ

Hər gün yeyirik: Bu qidaların inanılmaz faydası üzə çıxdı

Əhalinin qlobal qocalması və demensiya hallarının artması fonunda profilaktik tədbirlərin tapılması getdikcə daha böyük əhəmiyyət kəsb edir.

Publika.az xəbər verir ki, bu barədə İsveçin Lund Universitetinin "Neurology" jurnalında dərc olunan araşdırmasında məlumat verilib.

Uzunmüddətli tədqiqatın nəticələrinə görə, süd məhsullarının idrak sağlamlığına təsiri gözlənilməz nəticələr ortaya qoyub.

25 il ərzində tədqiqatçılar təxminən 28 min İsveç vətəndaşının qidalanma vərdişlərini və sağlamlıq vəziyyətini izləyiblər. Təhlillər göstərib ki, müxtəlif süd məhsulları arasında yalnız ikisi idrak funksiyalarının qorunmasında nəzərəçarpacaq müsbət təsir göstərir.

Belə ki, tam yağlı pendirin müntəzəm istehlakı (gündə ən azı 50 qram) damar demensiyası riskinin 29 faiz azalması ilə əlaqələndirilib. Yüksək yağlı qaymağın (yağlılığı 30 faizdən çox, gündə ən azı 20 qram) isə Alzheimer xəstəliyi də daxil olmaqla bütün demensiya növlərinin inkişaf riskini 16 faiz azaltdığı müəyyən olunub.

Seçilən
58
publika.az

1Mənbələr