Türkiyənin xarici işlər naziri Hakan Fidanın ötən gün Suriyanın paytaxtı Dəməşqdə keçirdiyi mətbuat konfransından yayılan görüntülər rezonans doğurub.
Globalinfo.az xəbər verir ki, Fidan suriyalı həmkarı Əsəd Şeybani ilə birlikdə mətbuata bəyanatla çıxış edib və jurnalistlərin suallarını cavablandırıb.
Lakin türk nazirin çıxışı zamanı anidən ərəbcə anons səsləndirilərək brifinqin bitdiyi bildirilib və iştirakçılara təşəkkür edilib. Həmin an Hakan Fidanın yaşadığı çaşqınlıq kameralara düşüb. O, təəccüblənməsinə baxmayaraq, sakit şəkildə Şeybani ilə görüşərək gülümsəyib və sağollaşıb.
Türkiyə Xarici İşlər Nazirliyi məsələnin texniki nasazlıqla bağlı olduğunu açıqlayıb.
Görüntüləri təqdim edirik: