
Tayvanın cənub-şərqindəki Taytung prefekturasında 6,1 bal gücündə zəlzələ baş verib.
Xalqcebhesi.az xəbər verir ki, mərkəzi Meteorologiya Bürosunun (CWA) məlumatına görə, episentri Taytung şəhər mərkəzindən 10,1 kilometr şimalda olan zəlzələnin ocağı 11,9 kilometr dərinlikdə qeydə alınıb.
6,1 bal gücündə zəlzələ Taytung əyalətində, eləcə də şimaldakı Hualian və Pintung əyalətlərindəki yaşayış məntəqələrində güclü hiss olunub.
Zəlzələdən sonra heç bir tələfat və ya maddi ziyan qeydə alınmayıb.
Məryəm Quliyeva