AZ

Rusiya Azərbaycan vasitəsilə Ermənistana ixracı genişləndirməyi planlaşdırır

Moskva, 24 dekabr, AZƏRTAC

Rusiya və Ermənistan Azərbaycandan tranzitlə gübrə tədarükünü müzakirə edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

O, Rusiya taxılının Azərbaycan vasitəsilə Ermənistana ilk tədarükünü əlamətdar hadisə adlandıraraq, noyabrın əvvəlində 30 ildən artıq müddətdə Rusiya taxılını daşıyan ilk qatarın Azərbaycan və Gürcüstan ərazisindən keçdiyini vurğulayıb. Onun sözlərinə görə, bu, Ermənistan və Azərbaycanın müstəqil mövcudluğu dövründə ilk belə tranzitdir.

Overçuk qeyd edib ki, Rusiya taxılından sonra Qazaxıstan taxılı da bu marşrutdan keçib, bundan sonra tərəflər xəttin gübrələr də daxil olmaqla, digər növ yüklərlə yüklənməsi imkanlarını müzakirə etməyə başlayıblar.

O həmçinin bildirib ki, Moskva və Yerevan Ermənistan idxalı hesabına ikitərəfli tədarükləri genişləndirməyi nəzərdən keçirir və söhbətin Ermənistandan Azərbaycan ərazisindən Rusiyaya gerigöndərmələrin təmin edilməsindən getdiyini vurğulayıb. Onun sözlərinə görə, bu cür irəliləyiş bu yaxınlara qədər mümkünsüz görünürdü.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

Seçilən
38
7
azertag.az

8Mənbələr