Bakı. Trend:
"Hyundai" yanğın təhlükəsi səbəbindən ABŞ-də 51 mindən çoxavtomobili geri çağırır.
Trend xariciKİV-ə istinadla xəbər verir ki, ABŞ Milli Yol HərəkətiTəhlükəsizliyi Administrasiyası (NHTSA) naqillərin düzgünquraşdırılmaması nəticəsində qoşqu işıqlarında qısaqapanma başverməsinin, bunun da yanğın riskini artıra biləcəyini qeydedib.
NHTSA qeyd edib ki, təhlükə tam aradan qaldırılana qədəravtomobil sahiblərinə nəqliyyat vasitələrini binalardan kənarda vəaçıq sahələrdə saxlamaları tövsiyə olunur. Dilerlər isə qoşqunaqillərini pulsuz şəkildə dəyişdirəcəklər.