Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Üç gün əvvəl gəlinimi xəstəxanaya gətirmişdim, onda həkim dedi ki, hər şey normaldır".
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bunu bu gün Ağcabədidə doğuş zamanı övladı tələf olan Ləman Rüstəmovanın qaynanası Şəhla Rüstəmova deyib.
"Radə həkim dünənə doğuş təyin etmişdi. Dünən gəlinimin ağrıları başladığına görə həkimə zəng etdim, gətirməyimizi söylədi. Gəldik, yenidən müayinə etdi və yenə dedi ki, hər şey qaydasındadır, axşama qədər doğuş ola bilər. Gecəni burada qaldıq. Səhər saat 8-də doğuşa apardılar, lakin bir müddət sonra bizə bildirdilər ki, uşaq ölü doğulub. Bu necə baş verdi, niyə belə oldu, bilmirik", - L.Rüstəmova qeyd edib.
***
10:18
Ağcabədidə doğuş zamanı uşaq ölümü baş verib.
Məlumata görə, Zərdab rayon sakini Rəhimova Ləman Abbas qızı hamiləlik sanıcısı ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Doğuş zamanı ananın bətnində olan qız övladı tələf olub.
Faktla bağlı araşdırma başlanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.