AZ

Həyatın yaşam sığortasına yatırımlar 600 mln. manatı ötüb

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda beş həyat sığorta şirkəti vasitəsilə toplanan sığorta yığımlarının həcmi 636 milyon 877 min manata bərabər olub.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 16.7% və ya 91 milyon 270 min manat çoxdur. 2024-cü ilin yanvar-noyabr aylarında həyat sığorta şirkətləri 545 milyon 607 min manat sığorta haqqı toplaya bilmişdi. Bu dövrdə yaşam sığortasının həyat sığortasında bazar payı 93.2% təşkil edib.

Cari ilin ilk 11 ayında həyatın yaşam sığortası üzrə ödənişlər isə 31.9% artaraq 585 milyon 86 min manata çatıb. Ötən ilin ilk 11 ayında bu sığorta növü üzrə ödənişlər 443 milyon 470 min manat təşkil edib.

Qeyd edək ki, həyatın yaşam sığortası yığımları adətən 3-5 illik dövrü əhatə edir. Əmək haqqının bir hissəsini hər ay həyatın yaşam sığortasına yönəldən işçilər müqavilənin sonunda əlavə edilmiş faizlə yanaşı, hər ay ödənilməli olan vergi və sosial sığorta ödənişlərini geri ala bilirlər.

Seçilən
12
1
apa.az

2Mənbələr