AZ

Meloni: Bu il çətin keçdi, amma narahat olmayın, 2026 daha da çətin olacaq

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

İtaliyanın Baş naziri Corcia Meloni paytaxt Roma şəhərində yerləşən Baş nazirliyin rəsmi iqamətgahı olan Palazzo Kici sarayında Baş nazirlik əməkdaşlarını qəbul edib.

Sherg.az xəbər verir ki, Meloni Baş nazirlik ofisinin yerləşdiyi tarixi sarayın həyətində yağış altında təşkil olunan Milad proqramında gələn ilə dair proqnozlarını bölüşüb.

İtaliya hökumətinin başçısı, aralarında öz komandası, baş nazirin müşavirləri, katiblər və direktorların da olduğu böyük auditoriyaya müraciət edərək zarafatla deyib:

“Sizi sevirəm. Biz bir ailəyik və il boyu birlikdə mübarizə aparırıq. Bu il hamımız üçün çətin keçdi, amma narahat olmayın, 2026 daha da çətin olacaq.”

İtalyan lider əlavə edib:

“Bu səbəbdən bu bayram günlərində yaxşıca dincəlməyinizi tövsiyə edirəm. Çünki bu fövqəladə millət üçün həll yolları tapmağa davam etməliyik.”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
sherg.az

1Mənbələr