AZ

Sevgilisindən İkardiyə reaksiya: “Onun meneceri deyiləm”

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin sevgilisi China Suarez yayılan iddialara cavab verib.

Sherg.az xəbər verir ki, iddialara görə, "Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin sevgilisi China Suarez məşhur qolçunun karyerasını Türkiyədə davam etdirməsini istəmirmiş.

Mövsümün sonunda müqaviləsi başa çatacaq İkardi ilə bağlı China Suarez paylaşım edib.

Suarez argentinalı hücumçunun "River Plate" klubuna transfer olunması yönündə məsləhət verdiyi barədə yayılan xəbərləri təkzib edib.

Aktrisa və model aşağıdakı fikirləri səsləndirib:

“İkardinin karyerasına qarışmıram! Onun meneceri deyiləm və olmaq da istəmirəm! Türkiyədə xoşbəxtəm. Xahiş edirəm, əsas vacib mövzudan diqqəti başqa istiqamətə çəkməyə çalışmayın.”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
sherg.az

1Mənbələr