AZ

Qattuzo örnək götürdüyü baş məşqçinin adını açıqladı

İtaliya millisinin hazırkı baş məşqçisi Cennaro Qattuzo məşqçilik fəaliyyətində Marçello Lippidən nümunə götürdüyünü açıqlayıb.

İdman.Biz xəbər verir ki, məlumatı Pianetamilan.it dərc edib.

Onun sözlərinə görə, İtaliya yığmasını 2006-cı ildə dünya çempionu edən sabiq baş məşqçi peşəkar baxımdan əsas örnəklərindən biridir.

Qattuzo həmin dövrdə millinin heyətində çıxış edib və Lippini çox yüksək qiymətləndirir.

“Onun qarşısında minnətdarlıq borcum var və məşqçilik fəaliyyətimdə onu örnək götürdüyümü gizlətmirəm. Futbolçuların etimadını qazanmaq üçün ardıcıl və səmimi olmaq lazımdır”, - deyə C. Qattuzonun qeyd edib.

Qeyd edək ki, Marçello Lippi 2004–2010-cu illərdə, 2006–2008-ci illər arasında fasilə ilə, İtaliya milli komandasının baş məşqçisi olub.

İdman.Biz
Məqalədə:
Seçilən
27
1
idman.biz

2Mənbələr