AZ

Dini icmalar maarifləndirmə işlərini təkcə qadınlarla deyil, kişilərin arasında da aparmalıdır - Hicran Hüseynova

Bakı. Trend:

Dini icmalar qadınların sosial və mənəvi inkişafında mühüm roloynaya bilər. Bu rol nədən ibarət ola bilər? İlk növbədəmaarifləndirmə işi gücləndirilməlidir.

Trend xəbərverir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələlərikomitəsinin sədri Hicran Hüseynova Azərbaycan Din Xadimlərinin IIForumu çərçivəsində baş tutan “Qadınların sosial və mənəviinkişafında dini icmaların rolu” mövzusunda paneldə çıxışı zamanıdeyib.

Komitə sədri vurğulayıb ki, qadınların ailədə, cəmiyyətdə və işhəyatında hüquqları (təhsil, əmək, idarəetmə) haqqında məlumatvermək, sosial həyatda aktiv iştiraklarını təşviq etməklazımdır:

“Ailə dəyərlərinin qorunması, ailədaxili münasibətlərintənzimlənməsi sahəsində daha çox tədbirlər keçirilməlidir. Nikahınəsasları, ailə daxili münasibətlər, uşaq tərbiyəsi kimi məsələlərdəhüquqi və dini normalar təbliğ olunmalıdır”.

Millət vəkili bildirib ki, qadın və qızların inkişafı sahəsindədavamlı işlər aparılmadır:

“Qadın və qızların potensialını üzə çıxarmaq, onların sosial,iqtisadi və mədəni sahələrdə iştirakçılığını artırmaq üçünlayihələr həyata keçirilməlidir.

Qadın və qızlara sosial dəstək göstərilməlidir.

Beləliklə, dini icmalar qadınların həm şəxsiyyət kimiformalaşmasında, həm də cəmiyyətin inkişafına öz töhfələriniverməsində katalizator rolunu oynaya bilər. Və burada unutmaq olmazki, dini icmalar maarifləndirmə işlərini təkcə qadın və qızlararasında deyil, eyni zamanda, kişilərin arasında da aparılmalıdır.O zaman nəticə daha effektiv və davamlı olar”.

Seçilən
62
az.trend.az

1Mənbələr