AZ

Reuters: Çin neft qiymətlərinə OPEС+ ölkələrindən daha çox təsir göstərir

“Reuters”in Asiya üzrə enerji və xammal bazarları analitiki Klayd Rasselin fikrincə, 2025-ci ildə Çin dünya neft qiymətlərinə OPEC+ ölkələrindən daha güclü təsir göstərməyə başlayıb.

“Dünyanın ən böyük neft idxalçısı statusundan istifadə edən Çin faktiki olaraq öz anbarlarına daxil olan xam neftin həcmini artırmaq və ya azaltmaqla qiymətlərin aşağı və yuxarı həddini müəyyənləşdirib”, — deyə ekspert hesab edir. O qeyd edir ki, 2022-ci ildə OPEC+, o cümlədən Rusiya tərəfindən neft hasilatının azaldılması dünya neft qiymətlərini dəstəkləmişdi. Lakin bu artım bu ilin aprelində OPEC+ ixtisarların ləğvinə başladıqdan sonra azalıb.

Hazırda bazarda formalaşan neft bolluğu fonunda OPEC+ gözləmə mövqeyi tutmaq qərarına gəlib və gələn ilin birinci rübündə hasilatı mövcud səviyyədə saxlamağı planlaşdırır. “Beləliklə, artıqlıqla məşğul olmaq Çinin üzərinə düşür”, — deyə Rassel bildirir. Onun sözlərinə görə, Çinin 2026-cı ildə atacağı addımlar “hazırda dünya neft bazarındakı ən böyük müəmmadır və digər bazar iştirakçıları böyük ehtimalla Pekinin addımlarına uyğun olaraq öz strategiyalarını dəyişəcəklər”.

Əgər Pekin son dövrlərdə olduğu kimi strateji ehtiyatlarını eyni templə artırmağa davam edərsə, bu, 2026-cı il üçün proqnozlaşdırılan neft artıqlığının böyük hissəsinin Çin anbarlarına yönələcəyi anlamına gələcək. Bu halda, ehtimal ki, neft qiymətləri yenidən Çin tərəfindən minimum səviyyədə dəstəklənəcək. “Çin ehtiyatlarının hərəkətini qiymət formalaşdırma mexanizmi kimi istifadə etməyə hazırdır. Dəniz yolu ilə Çinə xam neft tədarükü sutkada təxminən 10 milyon barel təşkil edir ki, bu da dünya üzrə dəniz daşımalarının təxminən dörddə birinə bərabərdir. Buna görə də Pekinin hazırkı siyasətinin neft bazarlarında ən mühüm amil olması tamamilə mümkündür”, — deyə “Reuters” analitiki nəticə çıxarır.

Seçilən
4
banker.az

1Mənbələr