AZ

İnfeksionist: Antibiotiklər yalnız bakterial infeksiya zamanı təsirlidir

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

“Respirator virus infeksiyalarında antibiotiklərin əksər hallarda heç bir təsiri olmur. Antibiotiklər yalnız ikincili, yəni bakterial infeksiya qoşulduğu hallarda göstərişdir. Virus infeksiyası zamanı immun sisteminin zəifləməsi bakterial infeksiyanın yaranması üçün əlverişli şərait yaradır”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı səsləndirib.

Həkim qeyd edib ki, bu infeksiyalarda hərarət adətən 3–5 gün ərzində zirvəyə çatır və sonradan normala enməli, əlamətlər isə tədricən zəifləməlidir:

“Əgər hərarət normala düşmür, yaxud xəstə özünü yaxşı hiss etdikdən bir neçə gün sonra əlamətlər yenidən ortaya çıxırsa, quru öskürəyin bəlğəmli öskürəyə çevrilməsi, döş qəfəsində ağrılar müşahidə olunursa, bu, bakterial infeksiyanın qoşulmasına işarə edə bilər. Belə hallarda xəstə özbaşına antibiotik qəbul etməməlidir. Vəziyyət həkim tərəfindən qiymətləndirilməli, lazım gəldikdə laborator və instrumental müayinələr – bəlğəmin analizi, qanın ümumi müayinəsi, kəskin iltihabi zülalların səviyyəsinin yoxlanılması və digər testlər aparılmalıdır. Yalnız bundan sonra antibiotiklərin təyin olunub-olunmaması barədə qərar verilir. Antibiotikin növü, qəbul müddəti və dozası yalnız həkim tərəfindən müəyyən edilməlidir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
bakivaxti.az

1Mənbələr