Bu ilin yanvar–sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən otellər və otel tipli obyektlərdə ümumilikdə 3 milyon 469 min 343 nəfər gecələyib.
Valyut.az xəbər verir ki, qonaqların 1 milyon 532 min 370 nəfəri Azərbaycan vətəndaşı, 1 milyon 936 min 973 nəfəri isə xarici ölkə vətəndaşı olub.
Hesabat dövründə ölkə üzrə otellərin ümumi gəliri 494 milyon 158 min manat təşkil edib. Orta hesabla, oteldə qalan hər bir nəfərə görə gəlir 142,4 manat olub.
Xankəndi şəhərində isə qeyd olunan dövrdə cəmi 2 094 nəfər (onlardan 24 nəfəri əcnəbi) otellərdə gecələyib. Şəhərdəki otellərin ümumi gəliri 458,2 min manat olub. Bu da hər bir nəfərə görə orta hesabla 218,8 manat gəlir deməkdir.
Şuşa şəhərində fəaliyyət göstərən otellərdə isə göstəricilər daha yüksək olub. Belə ki, 9 ay ərzində 40 min 152 nəfər (onlardan 37 min 505-i Azərbaycan vətəndaşı, 2 647-si isə əcnəbi) Şuşa otellərində qalıb. Şəhər üzrə otellərin ümumi gəliri 7 milyon 359,1 min manat təşkil edib. Orta hesabla, hər bir qonaqdan 183,3 manat gəlir əldə olunub.