AZ

Karlo Ançelottinin oğlu İtaliya klubunun baş məşqçisi ola bilər

Bakı, 24 dekabr, AZƏRTAC

Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğlu Davide Ançelotti İtaliyada işləyə bilər.

AZƏRTAC "La Gazzetta dello Sport"a istinadla xəbər verir ki, italiyalı mütəxəssis "Pisa"nın sükanı arxasına keçməyə əsas namizədlərdən biri hesab olunur.

Hazırda A Seriyasında autsayderlər qrupunda yer alan klubun rəhbərliyi vəziyyətdən çıxmaq üçün həll yolları axtarır və gənc çalışdırıcı ilə uğur qazanılacağına inanır.

“Pisa” İtaliya çempionatında 16 oyundan sonra 11 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Qeyd edək ki, Davide Ançelottinin son klubu Braziliya təmsilçisi "Botafoqo" olub. Komanda 36 yaşlı mütəxəssisin rəhbərliyi altında ölkə çempionatında 6-cı yeri tutub, Libertadores Kubokunda isə finala yüksəlib. O, həmçinin Fransanın PSJ, İspaniyanın "Real Madrid", Almaniyanın “Bavariya”, İtaliyanın "Napoli" və İngiltərənin "Everton" klublarında atasının köməkçisi vəzifəsində çalışıb.

 

Seçilən
41
2
azertag.az

4Mənbələr