Azərbaycan Mərkəzi Bankının İnformasiya və Kibertəhlükəsizlik departamentinə direktor müavini təyin edilib.
Banker.az xəbər verir ki, sözügedən vəzifə Abid Ələsgərzadəyə həvalə olunub.
O, 2024-cü ilin iyul ayından buna kimi Azərbaycan Respublikasının Mərkəzi Bankında İnformasiya təhlükəsizliyi mühəndisliyi üzrə rəhbər kimi çalışıb.