Ukrayna Prezidenti Zelenski bildirib ki, Ukrayna sülh müqaviləsi ilə bağlı referendumu və seçkiləri eyni vaxtda keçirə bilər.
Zelenski 20 bəndlik sülh müqaviləsinin təsdiqlənməsi üçün iki variantdan danışıb. Onun sözlərinə əsasən, birincisi sülh müqaviləsinin parlamentə ratifikasiya üçün təqdim edilməsidir, ikincisi isə ümumi referendumdur. Onun sözlərinə görə, bununla birlikdə ümumi seçkilərin keçirilməsi ilə bağlı da qərar qəbul edilə bilər: “Ukrayna bu müqaviləni ratifikasiya üçün parlamentə təqdim edəcək və “bəli” və ya “xeyr” formatında ümumi referendum keçirəcək. Ukrayna referendumla birlikdə seçkilərin keçirilməsinə də qərar verə bilər”.
Ukraynanın lideri qeyd edib ki, təhlükəsizlik zəmanətləri yalnız müqavilə tam ratifikasiya olunduqda və ya referendumla təsdiqləndikdə qüvvəyə minəcək.
TAHİR