AZ

Bütün zamanların ən yüksəyi

Qızıl qiymətləri yüksəlişini davam etdirərək tarixi rekord qırıb. Bu gün spot qızıl ilk dəfə 4.500 dollar səviyyəsini keçib və günün əvvəlində 4.525 dollaradək yüksəlib.

Vaxt.AZ xəbər verir ki. mütəxəssislər bildirirlər ki, qızıldakı yüksəlişdə ABŞ Mərkəzi Bankının gələn il faiz endirimlərini davam etdirəcəyi gözləntiləri və qlobal geosiyasi gərginliklər əsas rol oynayır. İlin əvvəlindən bu yana qızıl təxminən 70% bahalaşaraq 1979-cu ildən bəri ən güclü illik performansa doğru irəliləyir. Mərkəzi bankların qızıl alışlarını davam etdirməsi və qızıla əsaslanan fondlara kapital axını da qiymətləri dəstəkləyir.

Eyni zamanda platin də sürətli yüksəliş nümayiş etdirib. Spot platin gün ərzində %3,3 bahalaşaraq unsiya başına 2.378 dollara çatıb. Geosiyasi risklərin artması və təkliflə bağlı narahatlıqlar platinə olan tələbi gücləndirən əsas amillər kimi göstərilir.

Seçilən
7
vaxt.az

1Mənbələr