AZ

"Təhsil sistemində dini təbliğ etmək düzgün deyil" - Nazir müavini


Bu gün dinə münasibətlə bağlı müxtəlif yanaşmalar mövcuddur. Təhsil müəssisələrində şagird və tələbələrə dinlə bağlı məlumatlar verilir.

Trend xəbər verir ki, bunu təhsil nazirin müavini Firudin Qurbanov Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində baş tutan “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları”paneldə çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, orta məktəblərdə bu mövzular həyat bilgisi və tarix fənləri çərçivəsində, ali təhsil müəssisələrində isə multikulturalizm fənni, tarix fənni vasitəsilə tədris olunur:

“Şagird və tələbələrə din haqqında məlumat vermək mümkündür, lakin təhsil sistemində dini təbliğ etmək düzgün deyil.

Dini məsələsində insanlar azad olmalı, hər kəs öz seçimini özü etməlidir. Bu isə insan azadlığının əsas prinsiplərindən biridir”.

Seçilən
12
1
baki-xeber.com

2Mənbələr