AZ

Ukraynada Kadırovun dəstəsi ilə rus əsgərləri arasında toqquşma

Ukraynada işğalçı müharibə aparan Rusiya ordusu daxilində qarşıdurmalar davam edir.

Publika.az xəbər verir ki, MMA döyüşçüsü Maksim Divniçlə Çeçenistanın rəhbəri Ramzan Kadırova bağlı “Axmat” qüvvələri arasında iyulda baş verən qarşıdurma səngiməyib.

Divniç Luqanskda hovuzda baş verən insidentin videosunu yayıb və “Axmat”ın üzvlərinin qadınlara sataşdığını gündəmə gətirib. Bundan sonra “Axmat”ın komandiri Apta Alaudinovla söz dueli başlanıb. “Axmat” döyüşçüləri yayılan videoya görə MMA döyüşçüsünü təhdid edib.

Rusiya ordusunun digər qrupları Divniçi müdafiə edən videomüraciət yayıb. Divniçin də yer aldığı videoda döyüşçülər Maksimin tək olmadığını, onlarla birlikdə döyüşdüyünü bəyan ediblər. Bu müraciətin “Axmat” qruplaşmasına mesaj olduğu aydın görünür.

Seçilən
14
publika.az

1Mənbələr