Sumqayıt şəhərində 1000 abonentin qaz təchizatında fasilə yaranacaq.Metbuat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Qaz sızmasının aradan qaldırılması məqsədilə Sumqayıt şəhəri, 10-cu mikrorayonda aparılacaq təmir-bərpa işləri ilə əlaqədar ərazidəki 1000 abonentin qaz təchizatı 16:30-dan etibarən, müvəqqəti dayandırılacaq.Qazın verilişi təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.