Sumqayıt şəhərində 1000 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“Azəriqaz” İB-nin məlumatına görə, qaz sızmasının aradan qaldırılması məqsədilə 10-cu mikrorayonda aparılacaq təmir-bərpa işləri ilə əlaqədar qazın verilişi saat 16:30-dan etibarən dayandırılacaq.
Qaz təchizatı işlər başa çatdıqdan sonra bərpa ediləcək.