Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova növbəti uğurunu qazanıb. "Rekord.az" xəbər verir ki, təcrübəli voleybolçumuz Yunanıstan Superkubokunun qalibi olub.

Hücumçumuzun şərəfini qoruduğu "Panionios" klubu finalda "Olympiacos" ilə qarşılıaşıb. Gərginliyi ilə yadda qalan görüşdə Rəhimovanın komandası 3:2 (25:22, 23:25, 24:26, 25:19, 15:12) hesabı ilə qalib gəlib və Yunanıstan Superkubokunu qazanıb.

Qeyd edək ki, Rəhimovanın komandası Yunanıstan çempionatı və kuboku, eləcə də Çelenc kubokunda mübarizəni davam etdirir.