AZ

Gəncədə "Həmrəyliyin rəngləri" adlı sərgi açılıb - FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən regionlarda həyata keçirilən səyyar sərgilər layihəsi uğurla davam edir. 

Bakıvaxtı.az xəbər verir ki, layihə çərçivəsində dekabrın 23-də F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində "Həmrəyliyin rəngləri" adlı sərgi açılıb. Sərgi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil olunub. 

Sərginin açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev və Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev çıxış edərək qarşıdan gələn həmrəylik bayramı ilə bağlı təbriklərini çatdırıb, sərginin əhəmiyyətini vurğulayıblar. 

Sonra sərgi ilə tanışlıq olub. Məlumat verilib ki, sərginin ekspozisiyası iki əsas istiqaməti əhatə edir. Fotoqrafiya üzrə ekspozisiyada Azərbaycan Fotoqraflar Birliyinin üzvü olan peşəkar fotoqrafların əsərləri təqdim edilir. Fotolarda azərbaycançılıq ideyasının əsasını təşkil edən birlik, həmrəylik, xalqımızın multikultural və tolerant dəyərləri, həmçinin torpağa bağlılıq və milli qürur hissləri tərənnüm olunur. 

Sərginin rəngkarlıq bölməsində isə rəssamların birlik və həmrəyliyi əks etdirən əsərləri yer alıb. 

Tədbirin bədii hissəsində Gəncə Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orkestri geniş konsert proqramı təqdim edib. 

Sərgi və konsert proqramı ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Seçilən
37
4
bakivaxti.az

5Mənbələr