AZ

Yasamal rayonunda yanğın başlayıb

Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ərazisində fərdi yaşayış evində yanğın başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Seçilən
30
7
moderator.az

3Mənbələr