AZ

Lənkəranda gəlin qaynının 9 minlik qızılını oğurladı

Lent az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Lənkəranda gəlin qaynının qızıllarını oğurlayıb.

Lent.az xəbər verir ki, hadisə Lənkəran şəhərində qeydə alınıb.

İttiham aktına görə, 27 yaşlı Fəridə Səlimova ailəsi ilə yaşadığı ikimərtəbəli evin ikinci mərtəbəsində qaynına məxsus 9280 manatlıq qızılları oğurlayıb. Məlumata görə, hadisə olan günü onun qaynı və ailəsi Bakıda yas məclisində olublar. Fəridə bundan istifadə edərək, qaynının yataq otağında döşəyin altında və paltar dolabında olan ümumilikdə 9280 manatlıq qızılı götürüb.

Buna görə də o saxlanılıb və barəsində müvafiq maddə ilə cinayət işi açılıb. İstintaq zamanı zərərçəkən ona dəyən ziyanın tam ödənildiyini və gəlini Fəridə Səlimovanı bağışladığını deyib. Təqsirləndirilən şəxs də himayəsində 1 azyaşlı övladı olduğu üçün məhkəmədən yüngül cəza verilməsini istəyib.

Lənkəran şəhər Məhkəməsinin qərarı ilə Fəridə Səlimova 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
1
lent.az

2Mənbələr