Yaponiyada 2025-ci ilin sonuna qədər doğum nisbətinin rekord səviyyədə aşağı düşəcəyi gözlənilir. “Asahi” qəzetinin statistik məlumatlara əsaslanan hesablamalarına görə, bu, 1899-cu ildən bəri ən aşağı göstərici olacaq.
Proqnoza əsasən, 2025-ci ildə ölkə vətəndaşlarının ailələrində doğulan uşaqların sayı 2024-cü ildəki 686,1 minə qarşı təxminən 667,5 min təşkil edəcək. Rəsmi statistikanın iyunda açıqlanması, əcnəbiləri də əhatə edən ilkin məlumatların isə fevralda dərc olunması gözlənilir.
Məlumata görə, faktiki göstəricilər Milli Əhali və Sosial Təminat Tədqiqatları İnstitutunun əvvəlki proqnozlarından xeyli aşağıdır. İnstitutun 2023-cü ildə verdiyi orta proqnoz 2025-ci ildə 749 min doğumu nəzərdə tuturdu.
Ekspertlər bildirir ki, doğum səviyyəsinin azalması əhalinin sürətlə qocalmasına, əmək qabiliyyətli əhalinin azalmasına və işçi qüvvəsi çatışmazlığına səbəb olur.
Aytac