AZ

ABŞ Rusiyanın ZAES in idarə olunmasında iştirakını və qazanmasını istəyir

Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Vaşinqton Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) Ukrayna, ABŞ və Rusiya tərəfindən birgə istismar olunmasını təklif edir. Lakin Kiyev Kremlin bu obyektin birgə idarəetməsində yer almasını istəmir. 

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalistlərlə ünsiyyəti zamanı Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib.

"Hazırda mənzərə belədir. ABŞ "33% + 33% + 33% + 33%” formatını təklif edir və amerikalılar bu birgə müəssisədə əsas menecer rolunu oynayırlar”, – deyə dövlət başçısı izah edib. O əlavə edib ki, təklif razılaşdırılacağı təqdirdə bütün tərəflər, o cümlədən Rusiya, bu birgə müəssisənin fəaliyyətindən dividendlər əldə edəcək.

Zelenskinin sözlərinə görə, təcavüzkar ölkə əmindir ki, Ukraynanın Rusiyanın ZAES-in işini yenidən bərpa etməsinə ciddi şəkildə mane olmaq imkanları yoxdur.

"Onlar bu stansiyanın fəaliyyətini humanitar aspektlə əlaqələndirəcəklər. Deyəcəklər ki, müvəqqəti işğal olunmuş ərazilərdə insanlar var, onların suyu, işığı yoxdur. "Gəlin, bəndi bərpa edək, elektrik enerjisini işə salaq”, – deyəcəklər. Məhz buna görə tərəfdaşlar bu obyektin idarə olunması üçün birgə mexanizm istəyirlər. Çünki ruslar hər halda hesab edirlər ki, bu obyekti istismar edəcəklər”, – deyə Zelenski əlavə edib.

Prezident bu təklifi dəstəkləmədiyini açıq şəkildə bildirib:

"Hamı üçün aydındır ki, Ukrayna üçün bu, çox uğursuz və o qədər də real səslənmir. Bütün baş verənlərdən sonra ruslarla necə birgə kommersiya qurmaq olar?” – deyə Zelenski sual edib.

Bunun əvəzində Ukrayna ABŞ-a ZAES-i birgə istismar etməyi təklif edir.

"Bizim kompromis təklifimiz belədir: Zaporojye AES ABŞ və Ukraynanın daxil olduğu birgə müəssisə tərəfindən idarə olunur. 50-50-yə. İstehsal olunan elektrik enerjisinin 50%-i Ukraynaya verilir, qalan 50%-in necə bölüşdürüləcəyini isə ABŞ özü müəyyən edir. Biz hesab edirik ki, bu, bizim stansiyadır, orada bizim insanlar çalışmalıdır və biz amerikalılarla birgə idarəetməni necə quracağımızı anlayırıq”, – deyə Zelenski izah edib.

Bununla yanaşı, Ukrayna prezidenti vurğulayıb ki, Kaxovka Su Elektrik Stansiyasının bəndi bərpa edilmədən ZAES-in normal fəaliyyəti mümkün deyil və ümumiyyətlə stansiyanın yenidən işə salınması böyük maliyyə vəsaiti tələb edir.

"Stansiyanın bərpası ucuz layihə deyil. Ruslar tərəfindən dağıdılmış bəndi bərpa etmək lazımdır, çünki bənd olmadan ZAES normal işləyə bilməz. Stansiyanın özünü də bərpa etmək gərəkdir. Həm ora, həm bura investisiyalar tələb olunur. Stansiyanın ərazisi demilitarizasiya edilməlidir. Hazırda işğal altında olan Enerqodar şəhəri var. Yəni stansiyanın işləməsi üçün həll edilməli çoxlu məsələlər mövcuddur. Amma əgər Amerika bunu həll edə bilsə, belə bir aktiv ABŞ-la 50-50-yə formatında işləyə bilər”, – deyə Zelenski əlavə edib.

ZAES-in istismarı üzrə birgə müəssisədə menecmentin necə formalaşacağı sualına cavab verən Ukrayna lideri bildirib ki, bu, "ukraynalı komanda və amerikan top-menecmenti” ola bilər. O, bir daha Rusiyanın bu müəssisəyə daxil olmasına qəti şəkildə qarşı olduğunu vurğulayıb.

Prezident həmçinin qeyd edib ki, stansiyanın fəaliyyətinin bərpası üçün ZAES-in yerləşdiyi Enerqodar şəhərindən Rusiya qoşunları çıxarılmalıdır.

Qeyd edək ki, Zaporojye AES 2022-ci ildən Rusiya işğalı altındadır. Rusiya KİV-lərinin məlumatına görə, Moskva stansiyanın tammiqyaslı fəaliyyətinin bərpası üzərində işləyir. İyunun 9-da işğalçıların ZAES-in tam işləməsi üçün su təminatı ilə bağlı guya yeni yol tapdığı açıqlanıb. "Rosatom”un rəhbəri Aleksey Lixaçev bu məqsədlə üzən nasos stansiyasının tikintisinə başlandığını bildirib.

Mayın sonunda isə ZAES-in Rusiyanın enerji sisteminə qoşulması üçün elektrik ötürücü xətlərin tikildiyi məlum olub. Bununla belə, MAQATE-nin baş direktoru Rafael Qrossi hesab edir ki, stansiya yaxın vaxtlarda fəaliyyətini bərpa edə bilməyəcək.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
qaynarinfo.az

1Mənbələr