AZ

Ermənistanda parlament seçkilərinin mümkün tarixi açıqlanıb

Ermənistanda parlament seçkiləri Konstitusiyaya uyğun olaraq 2 iyun – 12 iyun 2026 tarixləri arasında keçirilə bilər.

Herbiand.az “Newsarmenia”ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Ovakimyan məlumat verib.

“Seçki gününü ölkə prezidenti təyin edir, amma hələ fərman verilməyib. Hamı bu tarixlərdə yeganə bazar günü olduğu üçün 7 iyunu seçkilər günü kimi göstərir”, – Ovakimyan bildirib.

Onun sözlərinə görə, seçkiqabağı kampaniyanın maliyyə şəffaflığı da daxil olmaqla monitorinqi və nəzarəti həyata keçiriləcək.

Seçilən
19
4
herbiand.az

5Mənbələr