AZ

Naxçıvanda Amnistiya aktı ilə bağlı 95 nəfər cəzadan azad edilib

Naxçıvan Muxtar Respublikasında Amnistiya aktının icrasının davamı olaraq probasiya nəzarətində olan 95 nəfər şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalardan azad edilib.

APA xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra və probasiya xidmətinin əməkdaşları ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Hüquq siyasəti komitəsinin sədri, Əjdər Əliyev, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi, baş ədliyyə müşaviri İsfəndiyar Qasımov, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi və hüquqi maarifləndirmə şöbəsinin baş məsləhətçisi Həsən Həsənov da iştirak ediblər.

Çıxışlar zamanı Amnistiya aktının əhəmiyyəti, Prezident İlham Əliyevin bu humanist addımının neçə-neçə ailəyə sevinc gətirdiyi, habelə məhkumlara normal həyata qayıtmaları üçün bir şans verildiyi vurğulanıb. Həmçinin qeyd olunub ki, cəzalardan azad olunan şəxslər bundan sonrakı davranışlarında qanunlara əməl etməli, cinayət törətməməli, göstərilən etimadı doğrultmalı, cəmiyyətə reinteqrasiya olunaraq əmək fəaliyyəti ilə məşğul olmalı, ailə və ictimai mühitdə məsuliyyətli davranışları ilə seçilməli, bir sözlə, Vətənə və cəmiyyətə layiqli vətəndaş olmalıdırlar.

Qərarın sevincini yaşayan məhkumlar dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər, bundan sonra qanunlara dönmədən əməl edəcəklərinə, cəmiyyətin inkişafına töhfə verəcəklərinə söz veriblər.

Seçilən
18
4
apa.az

5Mənbələr